Əsli Kazımova: “İllərdir bu günü gözləyirdik…”

0
64

“Partiyaların Şuşaya səfəri siyasi nöqtəyi nəzərdən əlamətdar hadisə idi”. Bunu mətbuata açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib. Onun sözlərinə görə, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşəbbüsü ilə  43 siyasi partiyanın 55 nümayəndəsinin Şuşaya səfəri baş tutub:

“Şuşa səfəri məşhur Cıdır düzünün ziyarəti ilə başladı. Sonra Vaqif türbəsini, Saatlı, Yuxarı və Aşağı Gövhərağa məscidlərini, Şuşa qalasını, Xan qızı Natəvanın evini, şəhərin mərkəzi meydanında Azərbaycanın mədəniyyətinin tanınmış simaları Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərini, Bülbülün ev-muzeyini, həmçinin Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalandığı ərazini ziyarət etdik. Hesab edirəm ki,  43 siyasi partiyanın birgə Şuşaya səfəri  əslində  Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin siyasi sabitliyin qorunması sahəsində atılan ən önəmli addım idi. Sevincimin həddi hüdudu yox idi. Qarabağın incisi Şuşanı ziyarət etdik. İllərdir bu günü gözləyirdik. Yaşasın Azərbaycan! Yaşasın Müzəffər Azərbaycan Ordusu! Yaşasın Cənab Prezident İlham Əliyev!  Yaşasın Xalqımın həmrəyliyi! Müqəddəs torpaqdayıq. Şuşanın işğaldan azad olunması Qarabağın döyünən ürəyinin xilas edilməsi deməkdir . Çünki, Şuşa Azərbaycan üçün milli qürurdur, milli mənlikdir, mədəniyyətdir, incəsənətdir, tarixdir. Şuşanın azadlığı ordumuzun gücünün, xalqımızın birliyinin, Ali Baş Komandanımızın qətiyyətli iradəsinin bəhrəsidir!  Etiraf edək ki, Şuşa Zəfəri müharibənin taleyinin həllində olduqca  önəmli faktor idi. Bu gün Şuşada azan səsinin duyulması, üçrəngli bayrağımızın Qarabağın döyünən ürəyində – Şuşada dalğalanması hər birimizi qürurlandıran amillərdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev  dünya ictimaiyyətinin və beynəlxalq təşkilatların edə bilmədiyini realizə etdi. .”İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq”  Şuşa işğalçı ölkə üçün psixoloji baryer idi. Azərbaycan Ordusu o baryeri, o maneələri aşaraq bizə qələbəni qazandırdı. Bu gün biz artıq öz evimizdəyik, öz torpaqlarımızdayıq. İndi biz artıq erməni barbarları tərəfindən dağıdılmış bütün tarixi abidələrimizi bərpa edəcəyik, bütün məscidləri bərpa edəcəyik. Əminəm ki, regionda  sülhü bərqərar etməyə müvəffəq olan Azərbaycan, qısa zamanda illərdir ikili standartlar sərgiləyən beynəlxalq təşkilatlar üzərində də zəfər çalacaq. Çünki Azərbaycanın tutduğu yol ədalətin, haqqın yoludur! Qarabağ Azərbaycandır! Şuşa Azərbaycandır!

Fürssətdən istifadə edib, Şuşaya səfər edən siyasi partiya sədrlərini ermənilərin viran qoyduğu şeherlerimizle bağlı, aparılan etnik təmizləmə və terror aktları ilə bağlı birgə bəyanat yaymağa çağırıram! Müxalifət-İqtidar partiyalarının birgə səfəri əlamətdar hadisə idi. Biz ikili standartlara xidmət edən beynəlxalq təşkilatları ədalətə və obyektivliyə dəvət etməliyik! Erməni barbarlarının əməllərinə layiqli cavab verilməlidir!
Fürssətdən istifadə edib, Şuşaya səfər edən siyasi partiya sədrlərini ermənilərin viran qoyduğu şeherlerimizle bağlı, aparılan etnik təmizləmə və terror aktları ilə bağlı birgə bəyanat yaymağa çağırıram! Müxalifət-İqtidar partiyalarının birgə səfəri əlamətdar hadisə idi. Biz ikili standartlara xidmət edən beynəlxalq təşkilatları ədalətə və obyektivliyə dəvət etməliyik! Erməni barbarlarının əməllərinə layiqli cavab verilməlidir!”
Ülkər Fərmanqızı