Əsli Kazımova: “Azərbaycanın türkdilli ölkələr arasında əməkdaşlığa önəm verir”

2 Aprel, 19:26

 

 “Cənab Prezidentin  Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının  qeyri-formal Zirvə görüşündəki çıxışı böyük əhəmiyyətə malikdir”. Bunu mətbuata açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə videokonfrans formatında keçirilən COVID-19-a həsr edilmiş Zirvə görüşü mövcud vəziyyətdə olduqca mühüm idi: “Dövlət rəhbəri İlham Əliyevin təşəbbüsü ilə bu kimi zirvə görüşlərinin keçirilməsi artıq bir növü ənənə halını almışdır. Bu isə birmənalı olaraq, Azərbaycanın bir sıra qlobal problemlərin həllində təşəbbüskar mövqedən çıxış edərək, sözün əsl mənasında qlobal həmrəylik nümayiş etdirməsi təqdirə layiq haldır.  2019-cu il oktyabrın 15-də Bakıda keçirilən VII Zirvə görüşündə təşkilata sədrlik Azərbaycana keçdikdən sonra Şuranın COVID-19 da daxil olmaqla, bir sıra önəmli məsələləri geniş formatda müzakirəyə çıxarması, ölkələr arasında Azərbaycanın nüfuzuna müsbət təsir etməklə yanaşı, eyni zamanda təşkilata daxil dövlətlər arasında əlaqələrin daha da güclənməsinə böyük tövhə verir.

Bu nöqteyi nəzərdən, bu kimi görüşlər ölkəmiz üçün xüsusi olaraq əhəmiyyət kəsb edir. 2019 cu ildə təşkilatın sədrliyi Azərbaycana həvlə edildiyində, Azərbaycan işğala məruz qalmış bir dövlət idi. Bu gün isə həmin təşkilata qalib dövlət kimi sədrlik etməkdədir. Bu gün Azərbaycan regiondakı 30 illik işğala, terrora, haqsızlığa son qoymuş bir dövlətdir. Həm döyüş meydançasında, həm diplomatiyada, həm beynəlxalq media sahəsində öz sözünü layiqli şəkildə deməyi bacardı.  Qazaxıstanın birinci Prezidenti, Türk Şurasının fəxri sədri Nursultan Nazarbayevin çıxışında “Bu gün mən həm də Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevi təbrik edirəm. Xüsusilə qeyd etmək istəyirəm ki, ərazi bütövlüyünün bərpa edilməsi məsələsində Türkiyə önəmli rol oynamışdır” deməsi olduqca önəmli məqam idi.

Cənab  Prezident İlham Əliyev çıxışı zamanı Vətən müharibəsi nəticəsində ərazi bütövlüyümüzün bərpa olunduğunu, ermənilərin 30 ilə yaxın işğal altında saxladığı ərazilərdə vandalizm aktları törətdiyini qeyd edərək, 44 günlük müharibə zamanı  Türk Şurasının Azərbaycana dəstəyini yüksək dəyərləndirdiğini vurğuladı.  Ən önəmli məqamlardan biri isə cənab Prezidentin  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşa şəhərinə səfər edəcəyinin xüsusi məmnunluq doğurduğunu ifadə edərək, Türkiyənin qardaşlıq dəstəyinin Azərbaycan üçün əhəmiyyətindən bəhs etdi”.

Sonda  ASRP sədri  Azərbaycanın türkdilli ölkələr arasında əməkdaşlığa önəm verməsini xüsusi vurğulayaraq,  Bakı-Tbilisi-Ceyhan, TANAP, Bakı-Tbilisi-Qars, Yeni Bakı Beynəlxalq Dəniz Limanı kimi layihələrin  qarşılıqlı faydalı əməkdaşlığın inkişafına verdiyi tövhələrdən danışıb.