Ermənistan həm Gürcüstanla, həm də Azərbaycanla siyasi, diplomatik, iqtisadi münasibətlərin inkişafına ehtiyac duyur.
VOİCEPRESS xəbər verir ki, bunu Ermənistan Prezidenti Armen Sərkisyan Gürcüstana səfəri zamanı deyib.
O bildirib ki, hazırda dalanda olan Ermənistan nəqliyyat yollarının açılmasında maraqlıdır:
“Amma bəzi çətinliklər mövcuddur. Yolların açılmasından əvvəl çoxlu addımlar atılmalıdır. Ancaq Ermənistanın həm Gürcüstanla, həm də Azərbaycanla daha fəal siyasi, diplomatik, iqtisadi münasibətlərin inkişafına ehtiyacı olduğu faktdır”.