Məktəblilərin Azərbaycan ordusunun şücaətindən qürur duymaları həqiqətən də gözəldir. Kiçik qəlbi ilə Ordusunu düşünən hər bir soydaşımızın xoş niyyətini gördükcə qələbəyə inamımız daha da artır. Vəfa kimi Azərbaycan övladlarını gördükcə, həmrəyliyin Azərbaycanda beşikdən başladığını bir daha əmin olursan! Bir sözlə, fəxr edirsən ki, Azərbaycanlısan!
VOİCEPRESS-in redaksiyasına əsgərlərimizə ünvanlamaq üçün növbəti şagirdimizin məktubu daxil oldu. Məktubu Bakıda fəaliyyət göstərən Ankara litseyinin 4-cü sinif şagirdi Nəsibli Vəfa Mehman qızı qələmə alıb. Həmin məktubu sizlərin diqqətinizə çatıdırırıq.
Saleh İgid Əsgər!
Biz indi isti evlərimizdə oturmuşuq. Sən isə soyuqda, qarda, torpaqlarımızı geri alırsan. Biz inanırıq ki, muğamımız işğaldan azad olunan torpaqlarımızda səslənəcək. Sən indi Azərbaycanı tamamlayırsan. İnşallah, işğalda olan bütün torpaqlarımızı azad edərik! Bütün Azərbaycan sənin arxanızdadır. Sənə güvənirik!
Yadındamı, bütün kitablarda və dərsliklərdə Qarabağın, Xocalının, Şuşanın və digər torpaqların işğal altında olduğunu yazılırdı. Ancak sənin sayəndə bundan sonra o dərsliklərdə həmin torpaqların işğaldan azad olunması yazılacaq. Düzdür, sən indidə, ağır döyüşələrdə iştirak edirsən və qələbələr qazanırsan. Bil ki, sənin bütün ailə üzvlərin səndən qələbə xəbərləri gözləyir. Biz bu sözləri başqasından deyil, Səndən və Cənab Prezidentdən duymaq istəyirik. Sənə afərin! Ötən gün biz polkovniki, generalı dəfn etsək də, bu gün sən Ermənistanın nə qədər polkovnik və generalı varsa hamısını məhv edirsən. İndi Azərbaycan bütün dövlətlərdə tanınır. Azərbaycanın adı qürurla və fəaxarətlə çəkilir. Ermənistan əsgərlərini isə əksinə heç kəs tanımadı və gettikcə öz adlarını batırılar. Qələbə bizimdir, bizim olacaq! Prezident İlham Əliyevin dediyi kimi biz erməniləri iti qovan kimi qovuruq. Ermənilər bu gün “mən niyə bu gün Azərbaycan topaqlarını işağl etmişəm?”, deyə düşünür. Bu sözlər daha əvvəl düşünülməli idi. Ermənilər bu sözləri hətta ağlayaraq deyir. Onlar Azərbaycan dövlətini və millətini yaxşı tanımayıb. Bu gün isə tanıdı və üzr istədi. Qarabağ Azərbaycandır!!! İnşallah, sağ-salamat qayıdarsan!
Hörmətlə, Nəsibli Vəfa Mehman qızı
VOİCEPRESS