Türkiyədə əyləncə mərkəzlərinin fəaliyyəti dayandırıldı

16 Mart, 03:19

Koronavirus epidemiyası səbəbindən Türkiyədə əyləncə mərkəzlərinin fəaliyyəti müvəqqəti dayandırılıb.

VOİCEPRESS  xəbər verir ki, qərar bu gün saat 10:00-dan etibarən qüvvəyə minəcək.

Qeyd edək ki, bundan öncə Türkiyə hökumətinin qərarı ilə Avropadan ölkə ərazisinə uçuşlar dayandırılmışdı.