Rusiyanın baş infeksionisti: Koronavirusun yayılması 100 gün davam edəcək

24 Mart, 16:24

Koronavirusun yayılması başladığı vaxtdan 100 gün sonra başa çatmalıdır.

VOİCEPRESS-ın məlumatına görə, bu fikir Rusiyanın baş infeksionisti Yelena Malinnikova söyləyib. O bildirib ki, Çində infeksiyanın yayılmasına nəzər salsaq, bu prosesin 100 gün davam etdiyini görə bilərək. Həkim dəqiq proqnoz verməyin mümkün olmadığını vurğulayaraq deyib ki, mütəxəssislər sadəcə paralellər aparırlar.

Xatırladaq ki, Rusiyada koronavirusa ilk yoluxma halı yanvarın 31-də qeydə alınıb. Hazırda ölkədə 438 xəstə aşkar edilib.