Rusiyada gün ərzində 61 nəfər koronaya yoluxdu

22 Mart, 19:45

Rusiyada gün ərzində 61 nəfər koronavirusa (KOVİD-19) yoluxub.

VOİCEPRESS xəbər verir ki, bu barədə Rusiyanın operativ qərargahı məlumat yayıb.

Bildirilib ki, yoluxma faktlarından 54-ü Moskvada, qalanı isə regionlarda qeydə alınıb.

Bununla da, şimal qonşumuzda virusa yoluxanların ümumi sayı 367-yə çatıb.