Martın sonunadək Azərbaycanda maska istehsal edən müəssisə işə başlayacaq

24 Mart, 20:25

Martın sonunadək, təqribən 1 həftəyə Azərbaycanda maska istehsal edən müəssisə işə başlayacaq. 

VOICEPRESS-in məlumatına görə, bunu Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

O qeyd edib ki, müəssisənin gündəlik maksimal istehsal gücü 200 min maskadır: “Son 1 ayda Azərbaycanda ən çox maska satılan gün 200 – 210 min ədəd olub. Odur ki, gündəlik 200 min maska istehsalı tələbatı ödəniləcək”. 

İ.Məmmədov əlavə edib ki, paralel olaraq idxal və depolarda ehtiyatlar da var.