Bakıda koronovirusdan dünyasını dəyişən var? – Rəsmi açıqlama

12 Mart, 16:26

Sosial şəbəkələrdə Bakıda bir nəfərin koronavirus səbəbilə həyatını itirməsi barədə məlumat yayılıb. TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva isə məlumatı təkzib edib.

VOİCEPRESS bildiri ki, ölən şəxs tüfeyli həyat tərzi keçirirmiş, “28 May” metrostansiyası yaxınlığında halı anidən pisləşərək özündən gedib. Xəstə dərhal xəstəxanaya çatdırılıb: “Haqqında danışılan şəxs ötən həftə dünyasını dəyişib. İlkin müayinədən sonra ona kəskin ağciyərlərin iltihabı diaqnozu qoyulub.

Təcili Tibbi Yardım maşını ilə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna aparılan zaman yolda ölüb”.

Rəvanə Əliyeva vətəndaşlardan diqqətli olmalarını və yalnızm rəsmi məlumatlara inanmalarını xahiş edib.