Azərbaycan daxilində erməni diasporasının gücləndirilməsinə xidmət edən məmurlar var…

16 Mart, 13:51

VOİCEPRESS Beynəlxalq Xəbər və Araşdırma Mərkəzi adından  bütün jurnalistləri Mübariz Mənsimovun müdafiəsi adına birlik olmağa çağırıram!

Azərbaycan daxilində erməni diasporasının gücləndirilməsinə xidmət edən məmurlar var. Bu məmurlar xaricdə Azərbaycanlıların nüfuzu üçün xidmət edən soydaşlarımızı qaralamaqla, əslində onlara xidmət edirlər. Koronovirus epidemiyasının yayılma səbəbiylə Azərbaycan Türkiyə sərhədləri bağlanar bağlanmaz Türkiyədə yüzlərlə Azərbaycanlı tələbəmizə atalıq edən, hər bir Azərbaycanlının ümid qapısı olan, üzünü belə görməsək də, varlığı ilə Türkiyədəki Azərbaycanlılara arxa-dayaq olan, əvəzsiz şəxsiyyət, böyük iş adamı Mübariz Mənsimovun Türkiyə Hüquq Mühafizə Orqanları tərəfindən saxlanılması öncədən düşünülmüş və planlı bir əməliyyat idi. Bu heç də təsadüfü deyil. Hər kəsə məlumdur ki, koronovirus epidemiyasının yayılması nədəniylə bir çox dövlətlər bundan istifadə edərək, daxili siyasi çəkişmələrini və hesablarını çürütmək ambisiyalarını realizə etməklə məşquldur. İran, Çin, Amerika, İtaliya və digərlərində asanlıqla bunu görmək mümkündür.

Azərbaycanda da bir sıra məmurlar ölkədəki virusla bağlı mövcud həyəcan təbilindən dərhal sonra xaotik vəziyyətdən istifadə edərək, öz şəxsi maraqları üçün bizr sıra məsələləri çürütmək niyyətlərini açıq aşkar ortaya qoydular.

Mübariz Mənsimov Azərbaycanlıdır. Onun qanında erməni qanı yoxdur. Xatırladaq ki, Mübariz Mənsimov 2018 də Azərbaycan ard arda 3 devalvasiya yaşadığı bir anda milyardlarla vəsaiti Azərbaycan büdcəsindən silinməsi əməliyyatını həyata keçirərək, İngiltərədə malikanələr almaqla məşqul deyildi. Mübariz Mənsimov  Azərbaycanda fəaliyyət göstərən və “fetoçular”a xidmət edən bir sıra  Türk litseylərini, telekanalları, mətbu orqanları və saytları  Türkiyənin sifarişi ilə bağlayıb, başqa ad altında açıb fəaliyyətini yenidən həyata keçirən insanlardan da deyil. Biz “Emu” quşu kimi başımızı torpağa basdırıb, niyə görə qardaş Türkiyə dediyimiz dövlətdə ikilistandartlarla qarşılanmamıza susmalıyıq?

Biz Türkiyədə yabancı deyilik! Biz Azərbaycan Türküyük və damarımızda Türk qanı axır. Biz Türklərimizə sahib çıxmalıyıq. Onları zindanlara atmaqla, varını dövlətini əlindən almaqla, faraounluq dövrünü yenidən təkrarlamaqla biz Türk ola bilmərik.

Mübariz Mənsimov  üçün hər zaman Türk bayrağı və  Azərbaycan bayrağı, Qurani-Kərim qədər müqəddəs olub. Mübariz Mənsimov üçün Türkiyə və Azərbaycan Vətəndir! Amma Vətəni və milləti onun üçün nə etdi?

Mübariz Mənsimov – Azərbaycan dövlətinin bir sıra məmurları şəxsi biznesləri üçün, fetoçulara xidmət etdikləri üçün, monopoliyaları uğruna, Türkiyədə ermənilərlə işbirliklərinin üzə çıxmaması uğruna, Azərbaycan Dövlət rəhbərliyinin etimadından sui-istifadə etdiklərinin üzə çıxmaması uğruna qurban edilir.

Qardaş dediyimiz Türkiyədə, yüzlərlə Türkün təhsilinə, sağlığına yardımı dəyən, minlərlə Türkün əkmək qapısı olan Azərbaycanlı Türkümüzü əsassız ittihamlarla şərlənməsinə, böhtan atılmasına seyrici qalırıq. Çünki “Mahçupyanların” da Türkiyə dövlət strukturunda yüksək postlarda, partiyalarda çalışmasına seyrici qalırıq.

Cənab Prezident İlham Əliyev məmurların “təkəbbürlü” olmasından, insanlara yuxarıdan aşağı baxması ilə bağlı yetəri tövsiyyələri verdi.

Cənab Prezident, harınlamış məmurların xaricdə şəxsi maraqları və bizness monopoliyalarının inkişafı uğruna ermənilər üçün demonstrativ şəkildə bir birlərinə qarşı qarayaxma kampaniyaları aparmalarına diqqət etmənizi rica edirəm.

Rusiya və Türkiyədə çoxsaylı ermənilərin yaşadığını göz önündə bulunduraraq, Mübariz Mənsimov kimi güclü və nüfuzlu Azəbaycanlıların zərərsizləşdirilməsi sadəcə Azərbaycanda bir sıra məmurların erməni lobbiçiliyi və diasporasına xidmət etdiyini ortaya qoyur.

Bu nöqteyi nəzərdən Mübariz Mənsimovun həbsini planlayan və onun həyata keçirilməsini erməni məkirliyi ilə həyata keçirənləri ifşa etmək adına  VOİCEPRESS Beynəlxalq Xəbər və Araşdırma Mərkəzi adından  bütün jurnalistləri Mübariz Mənsimovun müdafiəsi adına birlik olmağa çağırıram!

Cənab Prezident biz jurnalistlərdən hər zaman həqiqəti söyləməmizi tələb edib. Elə isə Türkün Türkdən başqa dostu yoxdur şüarı altında həmvətənlimiz, Mübariz Mənsimovun haqlanması üçün bütün qələm əhlini araşdırmalar aparmağa və həqiqətləri üzə çıxarmağa dəvət edirəm!

Haydi irəli qələm əhli! Bu bir savaş meydanıdır. Qələm də bizim silahımız. Türk oğlunun müdafiəsinə qalx, ey qələm əhli!