Türkiyə ordusuna məxsus konvoy İdlibə girdi

24 Fevral, 11:58

Türkiyə Silahlı Qüvvələrinə aid 50 avtomobildən ibarət yeni hərbi konvoy mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədi ilə Suriyanın İdlib şəhərinə girib.

VOİCEPRESS xəbər verir ki, Suriya Milli Ordusunun əsgərləri də Türkiyə hərbçilərini müşayiət edib.

Qeyd edək ki, Əsəd rejiminin hücumlarından qorunmaq üçün yanvar ayından bu günə kimi 600 min suriyalı Türkiyə sərhədinə köç edib