Əsli Kazımova: “Ərdoğanın hər dəfə Vətənimizə gəlişi iki dövlət üçün önəmli olan hadisələrin gərçəkləşməsinə vəsilə olur”

25 Fevral, 00:50

“Strateji Əməkdaşlıq Şurasının bugün baş tutan  8-ci toplantısı” xüsusi əhəmiyyətə malikdir”. Bunu VOİCEPRESS-ə açıqlamasında  ASRP-nin sədr müavini, iqtisadçı Əsli Kazımova  Türkiyə Prezidenti R.T Ərdoğanın Bakı səfəri və iki ölkə arasında günü gündən inkişaf edən iqtisadi əməkdaşlığın tövhələrindən danışarkən deyib.

Onun sözlərinə görə,  dünya miqyasında Türkiyə və Azərbaycanın timsalında  bir-birinə ən yaxın olan ölkələrin   Strateji Əməkdaşlıq Şurasının bugünki toplantısında  gələcək işbirliklər və əməkdaşlıqlar  haqqında olduqca mühümqərarlar qəbul etmələri sevindirici haldır: “Türkiyə dünya miqyasında Azərbaycana ən böyük dəstək verən ölkədir. R. T. Ərdoğanın hər dəfə Vətənimizə gəlişi iki dövlət üçün önəmli olan  hadisələrin gerçəkləşməsinə vəsilə olur.

Baxın, Azərbaycan ən böyük iqtisadi projelərini Türkiyə ilə bərabər həyata keçirib. Misalüçün hələ ötən il  TANAP tam başa çatdı. Bu layihənin önəmini hər kəs çox yaxşı bilir. TANAP Cənub Qaz Dəhlizinin əsas hissəsidir və bu ilin sonuna qədər Cənub Qaz Dəhlizinin  tam istismara veriləcəyini gözləyirik. Hər il iki ölkə arasındaki ticari dövriyyə artır.

Cənab Prezident də öz çıxışında qeyd etdi. Bu gün Azərbaycanda 4 minə yaxın Türk şirkəti fəaliyyət göstərir. Bu təbii ki, Azərbaycana qoyulmuş böyük investisiya demədir. Bu  milyardlarla vəsait deməkdir. Sadəcə ötən illə müqayisədə ticari dövriyyənin 33 % artdığını görürürk. Bu gün isə iki qardaş ölkə arasında imzalanan iqtisadi və ticari baxımdan olduqca əhəmiyyətli sənədlər ticari dövriyyəmizin artımında mühüm rol oynayacaq”.