Əsli Kazımova iki oğulu şəhid olan ana qarşısında baş əydi

4 Fevral, 11:52

Əsli Kazımova: “Mən şəhid ailələrinin vəkili deyil, övladı olacağam!”

VOİCEPRESS-in verdiyi xəbərə görə, Azərbaycan Sosial Rifah Partiyasının 80 saylı İmişli-Beyləqan Seçki Dairəsindən  namizədliyini irəli sürdüyü Əsli Kazımova  seçki kampaniyası çərçivəsində İmişli rayonu sakini, Qarabağ uğrundakı döyüşlərdə iki oğlu şəhid olan ana ilə görüşüb.

Şəhid Heydərov Ehtiram Vəliəddin oğlu və Şəhid Heydərov Pərviz Vəliəddin oğlunun anası qarşısında baş əyən namizəd Əsli Kazımova, gözyaşlarını saxlaya bilməyib.

Vətən uğrunda iki oğlunu qurban verən ananın belə cəsur, mərd və vətənsevər oğullar yetişdirdiyinə görə ona öz minnətdarlığını bildirib. Ağbirçək şəhid anasının  qayğıları ilə maraqlanıb. Onun problem və şikayətlərini dinləyib.

 “Seçkidən seçkiyə namizədlər bizə baş çəkir. Amma sizin ailənin Xanhüseyn Kazımlının hər zaman şəhid ailələrinə olan böyük hörmətini və ehtiramını deməl lazımdır. İnanırıq ki, onun qızı olaraq, siz də o müqəddəs yolun davamçısı olacaqsınız…” –kimi fikirlər söyləyən şəhid anası Əsli Kazımovaya millət vəkili kimi xeyir duasını verdi.

Əsli Kazımova isə öz növbəsində səmimi sözlərə görə, ağbirçək xanıma öz təşəkkürünü bildirirərək,  tez-tez onların görüşünə gələcəyini  və  “hər şəhid ailəsinin onu sadəcə millət vəkili olaraq deyil, öz övladları kimi görmələrini” istədiyini bildirib. Şəhid övladlarına layiqli millət vəkili və ən əsası layiqli övlad olmaq üçün isə Əsli Kazımova  əlindən gələni edəcəyinə dair söz verib.