Rus ekspert: ABŞ Türkiyə ilə əməkdaşlığı dayandırsa…

7 Fevral, 11:16

Türkiyə ilə ortaq hərbi proqramların dayandırılması ABŞ üçün zərərlidir.

VOİCEPRESS xəbər verir ki, bu sözləri rusiyalı siyasi ekspert Aleksey Leonkov deyib.

“Əgər bu günə kimi ümumi proqramlardan danışsaq, ən çox F-35 proqramına ziyan dəydiyini görərik. Məlum olduğu kimi, ABŞ Türkiyənin S-400 almasından dolayı Ankaranın bu proqramda iştirakını dayandırmışdı. Əlbəttə, Ankara bu qərarı cavabsız qoymadı və İncirliyi bağlamaqla ABŞ-ı təhdid etmişdi. Əgər həqiqətən də Türkiyə-ABŞ hərbi kəşfiyyat əməkdaşlığı dayandırılsa, amerikalıların öz dronlarını yerləşdirəcəyi ən yaxın aviabaza Siciliya və Yunanıstanda olacaq”, – deyə ekspert bildirib.