Lukaşenko: “Trampın Belarusa gəlməsi Rusiyaya zərər verməyəcək”

4 Fevral, 18:02

“Belarus Rusiya ilə yaxın dostluq münasibətlərinə önəm verir”.

BELTA-nın verdiyi xəbərə görə, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

“Biz sadəcə ədalətli, həqiqi və şəffaf münasibətlər istəyirik. Eynisini istəmirsinizsə, o zaman qışqırmayın ki, ABŞ Dövlət katibi Pompeo Belarusa gəldi, sabah da Donald Tramp Belarusa gələcək. O zaman bunlar nə edəcəklər?”, – deyə Belarus Prezidenti vurğulayıb.

Belarusun müstəqil xarici siyasət yürüdən suveren bir dövlət olduğunu qeyd edən A. Lukaşenko bunun Rusiyaya zərər vermədiyi qənaətindədir.