Fransada baş verən yanğın zamanı 5 nəfər ölüb.
VOİCEPRESS-in “Alsace” nəşrinə istinadən verdiyi xəbərə görə, yanğın ölkənin şərqində, Strasburq şəhərində yerləşən yaşayış binalarından birində qeydə alınıb.
Yanğın nəticəsində 5 nəfər ölüb, 7 nəfər xəsarət alıb.
Hadisənin baş vermə səbəbləri hələlik açıqlanmır.








