Ermənistan səfirliyi önündə kütləvi etiraz

29 Fevral, 03:12

ABŞ-ın paytaxtı Vaşinqtonda Ermənistanın terrorçu və işğalçı siyasətinə qarşı kütləvi etiraz aksiyası keçirilib.

VOİCEPRESS xəbər verir ki, Ermənistanın ABŞ paytaxtındakı səfirliyinin binası qarşısında Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar toplaşan soydaşlarımız işğala son qoyulmasını və Xocalı soyqırımının tanınmasını tələb ediblər.