Çavuşoğlu: “Suriya münaqişəsi Türkiyə-Rusiya əlaqələrinə təsir etməməlidir”

18 Fevral, 11:38

“Suriya münaqişəsinin Türkiyə-Rusiya əlaqələrinə təsir etməsinə icazə verməməliyik”.

VOICEPRESS-in xəbərinə görə, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “İzvestiya” qəzetinə açıqlamasında deyib.

Nazir qeyd edib ki, Türkiyə və Rusiya İdlibdə qəti razılaşma əldə etmək üçün əməkdaşlığı davam etdirir.