“Ermənistan Azərbaycanın 20 faiz ərazisini işğal etdi və işğal olunmuş torpaqlarda azərbaycanlı mülki şəxslərə qarşı etnik təmizləmə həyata keçirdi, o cümlədən Xocalı soyqırımını”.
VOİCEPRESS xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Münhen təhlükəsizlik konfransı çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsinə dair panel-diskusiyada çıxışı zamanı bildirib.
****
21:00
Münhen təhlükəsizlik konfransı çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsinə dair panel-diskusiyada Prezident İlham Əliyev bildirib ki, ATƏT Minsk Qrupunun həmsədrləri Ermənistana Dağlıq Qarabağın Ermənistanın olmadığını izah etməlidirlər. Azərbaycan Prezidenti qeyd edib ki, heç bir ölkə Dağlıq Qarabağı tanımır.
VOİCEPRESS-in məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev “twitter” səhifəsində bildirib.
****
20:40
Münhen təhlükəsizlik konfransı çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsinə dair panel-diskusiya başlayıb.
Panel-diskusiyada Prezident İlham Əliyev giriş nitqi söyləyib.
VOİCEPRESS-in məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev “twitter” səhifəsində bildirib.








