Türkiyənin pilotsuz təyyarəsi vurulub

13 Yanvar, 09:46

Xəlifə Həftarın rəhbərlik etdiyi Liviya Milli Ordusu minaatan mərmi ilə Türkiyənin pilotsuz təyyarəsini vurub.

VOICEPRESS  xəbər verir ki, belə bir bəyanat “Əl-Karama” Əməliyyat Qərargahının mətbuat mərkəzi tərəfindən yayılıb.

Qeyd edək ki, yanvarın 12-nə keçən gecə Liviya Milli Ordusu ilə Milli Razılıq Hökuməti arasında atəşkəs elan edilib.