Türkiyədə zəlzələdən sonra təxribat yayan şəxslərlə bağlı araşdırmalara başlanıb

27 Yanvar, 15:54

Türkiyənin Elazığ vilayətindəki zəlzələdən sonra təxribat xarakterli fikirlər yayan 50 şübhəli şəxs barəsində araşdırmaya başlanıb.

VOICEPRESS-in “CNN-Türk”ə istinadla verdiyi xəbərə görə, faktla bağlı Ankara Respublika Prokurorluğunda Türkiyə Cinayət Qanununun 213-cü (xalq arasında qorxu və panika yaratmaq) və 301-ci (Türkiyə dövlətini və dövlət qurumları və təşkilatlarını aşağımaq) maddələri ilə təhqiqat araşdırmaları aparılır.