Əsli Kazımova Beyləqanda qəzalı məktəbdə oldu…

27 Yanvar, 04:30

VOİCEPRESS-in verdiyi xəbərə görə, Azərbaycan Sosial Rifah Partiyasının 80 saylı İmişli-Beyləqan Seçki Dairəsindən  namizədliyini irəli sürdüyü Əsli Kazımova  Beyləqanın Şərq qəsəbəsində yerləşən qəzalı orta məktəbdə olub, uşaqların təhsil aldığı yerin şəraiti ilə yaxından tanış olub, məsələ ilə bağlı müvafiq orqanlara müraciət edəcəyini bildirib.

Qəza şəraitində olan məktəbdə təhsil alan uşaqların valideynlərini dinləyib. Onların şikayət və təkliflərini qeyd edərək, Əsli Kazımova  Beyləqan  rayonunda cənab Prezidentimizin rəhbərliyi altında dövlət tərəfindən həyata keçirilmiş böyük işlər, önəmli layihələrdən söz açaraq, rayondakı digər  problemlerin həllinin daha da sürətlənməsi ilə bağlı gərəkən addımların atılması üçün əlindən gələni edəcəyini söyləyib. Ölkəmizin inkişafı istiqamətində cənab Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan böyük islahatlardan danışan millət vəkilliyinə namizəd  Əsli Kazımova  bildirib ki, bu istiqamətdə kimliyimizdən asılı olmayaraq, hər birimiz çalışmalıyıq.

Seçicilərini bir-bir dinləyən Əsli Kazımova, bundan sonra onların  görüşünə  daha tez-tez gələcəyini ifadə edərərk,  bir çox gazilərə Xocalı soyqrımı ilə bağlı yazdığı kitabı hədiyyə edib.

Namizədlərini gülər üz və xoş münasibətlə qarşılayan seçicilər səslərini Əsli Kazımovaya verəcəklərini bildiriblər.