80 Saylı İmişli-Beyləqan Seçki dairəsindən nazmizədliyi irəli sürülən Kazımova Əsli Xanhüseyn qızı 20 yanvar tarixini seçiciləri ilə anıb.
VOİCEPRESS-in verdiyi xəbərə görə, Əsli Kazımova ilk öncə İmişli şəhərinin Muradxanlı kəndində şəhidlərin abidəsinə tər çiçəklər düzərək, şəhidlərin xatirəsini seçiciləri ilə bərabər anıb.
Daha sonra İmişli şəhərinin Əliqulular və Sərxanlı kəndlərində şəhidlərin abidəsini ziyarət edərək, onların da xatirəsini yad edib. Kənd sakinləri ilə görüşərək, problemləri ilə maraqlanıb, onların şikayətlərini dinləyib.
Kənd sakinləri tərəfindən xoş qarşılanan namizəd, yaxın günlərdə onlarla sil-silə görüşlər keçirəcəyini bildirib.
Xatırladaq ki, Kazımova Əsli Xanhüseyn qızının namizədliyi Azərbaycan Sosial Rifah Partiyası tərəfindən irəli sürülüb. Partiyanın sədri 5 çağırış Milli Məclisin deputatı olmuş, professor Xanhüseyn Kazımlıdır.











