20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar olaraq Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycan xalqına başsağlığı verib.
VOİCEPRESS-in xəbərinə görə, bu barədə özünün rəsmi “Twitter” səhifəsində türk və Azərbaycan dillərində bildirib.
“Qardaş Azərbaycanın azadlığa gedən yolunda 30 il öncə canlarını fəda edən 20 Yanvar şəhidlərini rəhmətlə anıram”, – deyə nazir qeyd edib.