Azərbaycan Sosial Rifah Partiyasının namizədi Türkiyədəki zəlzələ ilə baş sağlığı verdi
VOİCEPRESS-in verdiyi xəbərə görə, Azərbaycan Sosial Rifah Partiyasının 80 saylı İmişli-Beyləqan Seçki dairəsindən namizədliyi irəli sürülən Əsli Kazımova sosial şəbəkədə Türkiyədə baş vermiş zəlzələ ilə bağlı fikirlərini yazaraq, qardaş Türkiyənin üzüntüsünü paylaşdığını ifadə edib: “Qardaş ölkə Türkiyəyə ağır itki baş verib. Türkiyənin Elazığ bölgəsində baş vermiş zəlzələ nəticəsində həyatını itirən Türk soydaşlarımıza görə çox üzüldüm! Hər kəsin ailəsinə səbr, ölənlərə Allahdan rəhmət diləyirəm! Türkiyəm, başın sağ olsun!
Xatırladaq ki, Əsli Kazımova bu gün Beyləqan rayonu Dünyamalılar kəndinin sakinləri ilə görüşüb. Gazilərin və müharibə veteranlarının problemlərini dinləyən Əsli Kazımova kənd camaatı ilə bərabər Türkiyənin Elazığ bölgəsində ötən gecə baş vermiş zəlzələdə həyatını itirənlərin ruhunu yad edib.
Qeyd edək ki, Türkiyənin Elazığ bölgəsində 24 yanvar tarixində 6.7 bal gücündə dağıdıcı zəlzələ qeydə alınıb. Ölən və ağır xəsarət alanlar var.









