Sevinc Fətəliyeva Monteneqro Sosialistlərinin Demokrat Partiyasının qurultayında bunları deyib

0
314432

“Yeni Azərbaycan Partiyasının rəhbərliyi adından Monteneqronun siyasi həyatında mühüm hadisə olan Monteneqro Sosialistlərinin Demokrat Partiyasının (DPS) qurultayının keçirilməsi münasibəti ilə təbrik edirəm. Azərbaycanda ikitərəfli tərəfdaşlığımızın həm siyasi, həm də iqtisadi baxımdan dinamik inkişafını, həmçinin, Azərbaycan və Monteneqro xalqlarının təməl maraqlarına tam cavab verən birgə layihələrin həyata keçirilməsini yüksək qiymətləndiririk”.

VOİCEPRESS xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri, deputat Sevinc Fətəliyeva Monteneqro prezidentinin də iştirakı ilə keçirilən Sosialistlərinin Demokrat Partiyasının (DPS) qurultayında çıxışı zamanı deyib. O qeyd edib ki, Azərbaycanın Monteneqro ilə əlaqələrinin geniş xəttlə inkişafı, münasibətlərin daha da intensivləşməsinə, keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına səbəb olub: “Bu gün ölkələrimiz arasında iqtisadiyyatın müxtəlif sahələri üzrə səmərəli əməkdaşlıq yüksək səviyyəyə çatıb. Dövlətlərimiz və xalqlarımız arasındakı böyük dostluq, xüsusi həmrəylik və hərtərəfli əməkdaşlıq iki ölkənin əvəzolunmaz ortaq sərvətlərinə çevrilərək daim qorunub saxlanılır. DPS uzun və mürəkkəb bir inkişaf yolu keçib.

Bu illər ərzində xalqın maraqlarına, ölkənin inkişafına və güclənməsinə hər gün xidmət edərək xalqın dəstəyini və etimadını qazanmısınız. DPS əvəzolunmaz təcrübə, nüfuz və etimad qazanıb. Məsuliyyətli bir siyasi qüvvə olmaqla, xalqın bütün çətinlik və sınaqlarını bölüşməklə DPS gündən-günə güclənərək uğurla irəliləyir. Bu əlamətdar gündə sizə hər zaman aparıcı qüvvə olaraq qalmağınızı, idarəetmənin ən yaxşı nümunəsi olaraq xidmət etməyinizi, modernləşməyə hazır olmağı və müasir dünyanın tələblərinə cavab vermənizi, hər vəziyyətdə vəziyyətdə Monteneqro xalqının etibarlı dayağı və xalqın maraqlarını qorumağa yönəlmiş mürəkkəb tapşırıqları yerinə yetirə bilən siyasi qüvvə olaraq qalmağınızı arzu edirəm. Bütün partiya üzvlərinə sülh və firavanlıq, ölkənizin böyük gələcəyi naminə bütün nəcib məqsədlərə çatmağınızı arzu edirəm! Uğur və qələbə sizinlə olsun!”

VOİCEPRESS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here