Sabah Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri arasında üçtərəfli formatda sayca səkkizinci görüş keçiriləcək.
Bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Görüşdə müxtəlif sahələrdə cari məsələlərin müzakirə ediləcəyi bildirilib. Əsas diqqətin isə üç ölkə arasında nəqliyyat və energetika sahələrində əməkdaşlıq əlaqələrinə ayrılacağı qeyd olunub.
VOICEPRESS