Qızılcadan ölənlərin sayı 140 minə çatdı

0
313770

2018-ci ildə dünyada 10 milyonadək adam qızılcaya yoluxub, əksəriyyəti uşaqlar olmaqla 140 min nəfər bu xəstəlikdən dünyasını dəyişib.

VOICEPRESSxəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Qızılcanın dünyanın demək olar hər bir regionunda yayıldığı bildirilir. Təşkilatın açıqlamasına görə, ötən il qızılcadan əsasən yaşı 5-dən az, peyvənd olunmayan uşaqlar ölüb: “İstənilən uşağın qızılca kimi peyvəndlə qarşısı alına bilən xəstəlikdən ölməsi özbaşınalıq, ən zəif sayılan uşaqları dünyanın kollektiv şəkildə qoruya bilməməsidir”, – ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreysus deyib.

ÜST bildirir ki, bu ilin mənzərəsi daha pisdir, noyabradək mövcud data ötən ilin eyni dövrü ilə müqayisədə üç dəfəyədək artımı üzə çıxarıb.Amerika Birləşmiş Ştatları 2019-cu ildə qızılcaya yoluxmanın son 25 ildə ən yüksək həddə çatdığını bildirib. Avropanın dörd ölkəsi – Albaniya, Çexiya, Yunanıstan və Britaniya isə 2018-ci ildə ÜST-nin verdiyi “qızılcasız” statusundan məhrum olublar.

Samoada qızılca epidemiyası davam edir, 4 min 200-dən çox adam yoluxub, 60-dan çox ölən var. Onlar da əsasən körpələr və uşaqlardır. Peyvəndlərə qarşı hərəkatın epidemiyanın yayılmasında rolu olduğu bildirilir.

ÜST qlobal səviyyədə qızılcaya qarşı peyvəndləmə səviyyəsinin təxminən on il ərzində yerində saydığını vurğulayır. ÜST və UNICEF uşaq fondunun məlumatına görə, 2018-ci ildə uşaqların 86 faizi qızılca peyvəndinin ilkin dozasını qəbul edib. 70 faizdən də az uşağa isə qızılcadan tam qorunmaq üçün tövsiyə olunan ikinci doza vurulub. Qızılca Ebola, vərəm, qripdən daha artıq yoluxucu xəstəlik sayılır. Virus havada, yaxud səthlərdə saatlarla qala bilir ki, bu da peyvənd olunmamış istənilən adama risk yaradır.

Bəzi zəngin ölkələrdə bir qisim valideynlər dini və fəlsəfi səbəbləri əsas gətirərək peyvənddən imtina ediblər. Hakimiyyətə inamsızlıq, autizm sindromu ilə əsassız əlaqələndirmə də peyvəndləməyə təsirini göstərib.

Oktyabrda dərc olunmuş tədqiqatda deyilir ki, qızılcaya yoluxma nəinki ölüm riski, yaxud pnevmoniya, beyin zədəsi, korluq, karlıq yarada, eləcə də qurbanının immun yaddaşını bir neçə ay, yaxud il ərzində zədələyə bilər. ÜST-nin məlumatına görə, 2018-ci ildə dünyada 9 milyon 769 min 400 qızılcaya yoluxma qeydə alınıb, 142 min 300 nəfər vəfat edib. 2017-ci ildə bu rəqəmlər uyğun olaraq 7 milyon 585 min 900 və 124 min idi.

VOICEPRESS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here