Əlcəzairin Baş Naziri Nurəddin Bədəvi istefa verib.
VOİCEPRESS xarici mediaya istinadən xəbər verir ki, Bədəvi istefa ərizəsini yeni seçilmiş Prezident Əbdülməcid Tebbuna təqdim edib. Keçmiş Prezident Əbdüləziz Buteflikanın vəzifəsindən getməzdən əvvəl Baş Nazir təyin etdiyi Nurəddin Bədəvinin istefası hökumət əleyhinə keçirilən aksiyalarda əsas tələblərdən biri idi.

Xatırladaq ki, Əbdülməcid Tebbun dekabrın 12-də keçirilən seçkilərdə 58% faiz səslə ölkənin yeni Prezidenti seçilib.
VOİCEPRESS