FHN-in əməkdaşı Ukraynadan yenə qızıl medalla döndü

0
313636

Ukraynanın Xarkov şəhərində Döyüş növləri üzrə 11-12 dekabr 2019-cu il tarixlərində keçirilən çempionatda 35 ölkə 240 komanda iştirak edib. Yarışda idmançılarımız Şaolin-Sanda, Şaolin-Full və digər peşəkar növlərdə öz güclərini sınayıblar.

Çempionatda Fövqəladə Hallar Nazirliyinin əməkdaşı, leytenant Anar Novruzov 65 kq-da qızıl medal qazanaraq çempionatın qalibi olub.

Anar Novruzovun VOİCEPRESS-ə verdiyi açıqlamaya görə, Azərbaycan bayrağını hər dəfə birinci olaraq dalğalandırmağa müvəffəq olmaq[, möhtəşəm bir duyğudur: “Hər dəfə Vətənimə qızıl medalla geri dönmək çox gözəldir! Dövlətimizdə idman sahəsinə böyük qayğı var. Bu çox sevindirici bir haldır. Biz idmançılar Cənab Prezident İlham Əliyevin qayğısı və dəstəyini hiss etdikcə, qələbə qazanmadan Vətənə dönmək haqqımız sıfıra enir. Ən azından mənim üçün belədir.

Bildiyiniz kimi mən Fövqəladə Hallar Nazirliyinin əməkdaşıyam. Sabah bizim peşə bayramımızdır. Fürsətdən istifadə edib, başda Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov olmaqla, bütün əməkdaşları və ən sonda özümü təbrik edirəm. Bu qələbəni Fövqəladə Hallar nazirliyinin əməkdaşlarına ərmağan edirəm!”

Qeyd edək ki, Anar Novruzov bu ilin may ayında da keirilən Avropa Çempionatından qızıl medalla Vətənə dönmüşdü.

Ü. Fərmanqızı
VOİCEPRESS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here