Burakla Fahriyenin oğluna rekord məbləğdə təklif

498959

Bu yaxınlarda oğulları Karanın fotosunu sosial şəbəkədə paylaşan Burak Özçivit-Fahriye Evcen cütlüyünə rekord təklif gəlib.

VOİCEPRESS xəbər verir ki, Karana xarici oyuncaq markalarından biri 1 milyon lirəlik reklam təklifi edib. Bu barədə “2-ci Sayfa” verilişində deyilib. Məlumata görə, Karanın İnstaqram səhifəsində reklamın bir dəfə paylaşılması üçün əlavə olaraq 50 min, hekayə bölməsində göstərilməsi üçün isə 15 min lirə təklif olunub. Ancaq Burakla Fahriye bu təklifə müsbət yanaşmayıblar.

Xatırladaq ki, bu yaxınlarda İnstaqramda ilk dəfə fotosu paylaşılan Karan Özçivitin şəklinə rekord sayda “like” gəlmişdi. O, valideynlərinə bənzərliyi ilə müzakirə mövzusuna çevrilmişdi.

VOİCEPRESS

Əvvəlki məqaləİcra başçısının həbsindən sonra prezidentdən növbəti xəbərdarlıq – Video
Növbəti məqalədəZəlimxan Yaqubun oğluna yeni vəzifə verildi

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin