Britaniya parlamenti “Brexit” haqqında qanun layihəsini qəbul edib

0
313926

Böyük Britaniya parlamenti Baş Nazir Boris Consonun “Brexit” haqqında qanun layihəsini qəbul edib.

VOİCEPRESS-in xəbərinə görə, parlamentdə qanun layihəsinin lehinə 358, əleyhinə isə 234 səs verilib.

Qanun layihəsi 124 səs çoxluğu ilə II oxunuşda qəbul olunub.

Qeyd edək ki, qanun layihəsi əvvəlcə qanunvericilik və düzəlişlərin müzakirə olunacağı komitə mərhələsindən keçməli, yanvarın 9-da isə Aşağı Palatada III oxunuşdan sonra təsdiq üçün Lordlar Palatasına təqdim edilməlidir. Bundan sonra qanun layihəsi tam şəkildə qəbul olunmuş hesab ediləcək. Qanun layihəsinə görə, Böyük Britaniya 31 yanvar 2020-ci ildə Avropa İttifaqını tərk etməlidir.

VOİCEPRESS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here