Bələdiyyə seçkilərini 52 min 636 yerli müşahidəçi izləyəcək

0
313922

Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərini izləmək üçün qeydiyyatdan keçən yerli müşahidəçilərin sayı 52 min 636 nəfərdir.

VOICEPRESS-in xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, 17 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib: “Gürcüstan və Ukrayna MSK-nın sədrləri də seçkiləri izləyəcək. Hesab edirəm ki, təmsilçilik çox yüksək səviyyədədir”.

VOICEPRESS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here