Belarusda 2 qadını öldürməkdə günahkar bilinən Aleksandr Osipoviç adlı şəxs edam edilib.
VOİCEPRESS “Ria Novosti”yə istinadən xəbər verir ki, bu barədə Moqilevski vilayət Prokurorluğunun baş prokuroru Olqa İvanova bildirib. Osipoviç edama 2018-ci ildə anasının mənzilində iki qadını öldürdüyünə görə məhkum edilib. Ona qarşı “Qəsdən və xüsusi amansızlıqla qətl” maddəsi üzrə cinayət işi açılıb.
Osipoviç edamdan əvvəl Prezident Aleksandr Lukaşenkoya müraciət ünvanlasa da, hökm dəyişilməyib.
VOİCEPRESS