Azərbaycanla sərhəddə qrip virusu təhlükəsi artır

0
313770

Son iki həftədə Gürcüstanda qrip virusunun əsasən 3 növünün yayılması müşahidə olunub.

VOİCEPRESS xəbər verir ki, bunu Xəstəliklərə Nəzarət Milli Mərkəzinin elmi rəhbəri Paata İmnadze dekabrın 18-də keçirdiyi mətbuat konfransında bildirib.

P.İmnadze qeyd edib ki, hazırda ölkədə qrip virusunun daha 3 növü müşahidə olunur. Bunlar B, H3 və H1 viruslarıdır. Bununla belə, insanlar arasında daha tez yayılan rinovirus, resperator və enterovirus növləri əsas virus olaraq qalmaqdadır.

“İstənilən virus ağır nəticələr verə bilər. Artıq ikinci həftədir ki, qrip virusundan xəstələnənlərin sayı artır. İnsanlar özlərini qorumalı və vaxtında həkimə müraciət etməlidirlər”, -deyə P.İmnadze vurğulayıb.

VOİCEPRESS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here