Avrasiya İqtisadi Birliyi liderlərinin növbəti iclası Minskdə keçiriləcək

20 Dekabr, 13:00

Avrasiya İqtisadi Birliyi ölkələrinin liderlərinin növbəti iclası gələn il Minskdə keçiriləcək.

VOİCEPRESS-in “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

“Ali Şuraya sədrlik Belarusa keçir. Şuranın növbəti iclasında iştirak etmək üçün mən sizi mayda Minskə dəvət etmək istəyirəm”, – deyə Belarus Prezidenti Avrasiya İqtisadi Birliyinin Ali Şurasının Sankt-Peterburqda keçirilən iclasında deyib.

VOİCEPRESS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here