2019 cu ildə 17. 000 erməni Rusiya vətəndaşlığı alıb

0
313640

Deməli, ən son erməni jurnalistlərin Azərbaycana səfərlərindən sonra bir neçə azərbaycanlı həmkarlarımızın işğal altında olan torpaqlarımıza səfəri gərçəkləşdirirldi. Erməni jurnalistlərlə Azərbaycanlı jurnalistlərin qarşılıqlı anlaşma şəklində səfərlərinin baş tutmasını həzm etməyə çalışdığımız sırada, Ermənistanın baş naziri Nikol Paşinyan ATƏT-in Minsk Qrupunun təmsilçilərinə məsələ ilə bağlı münasibət bildirərkən, səfərin sadəcə Ermənistan və Azərbaycan arasında deyil, eyni zamanda Qondarma Dağlıq Qarabağ Respublikasının jurnalistlərinin də olduğunu və bu anlaşmanın üç tərəf arasında qəbul olunduğundan danışıb.

Erməni öz işğalçı siyasi ambisiyalarından əl çəkmir və jurnalistlərin qarşılıqlı anlaşması çərçivəsində Qondarma Dağlıq Qarabağın jurnalistlərini də tərəf olaraq anlaşmada yer almasını həyata keçirir. Bu isə birmənalı olaraq, sabah danışıqlar prosesində Qondarma Dağlıq Qarabağ Respublikasının tərəf olması üçün zəmin yaratmağa hesablanmış bir durum kimi dəyərləndirilməlidir.

Paşinyan Ermənistanda internet və söz azadlığının olmasından danışır. Bunu elə reklam edir ki, sanki dünənə qədər Oliqarxiya sistemi ilə idarə olunan Erməni hakimiyyətini təmsil etmir. Sanki Rusiyanın müstəmləkəsi olmasını qəbul etməmək üçün kor və kar təqlidini oynayır.

Tramp deyir ki, “Demokratiya” deyə barbar bağıran insanlar, əslində olmayan bir şeydən danışaraq, mövcud problemi gözardı edən siyasilərdir. Paşinyan isə demokratiyadan həddindən ziyadə çox danışır.

Erməninin bəhs etdiyi “demokratiya”adlı erməni yuxusunu bir qədər araşdırdıq. Baxıb gördük ki, Ermənistanda sən demə, söz azadlığı elə Köçəryanın həbsi kimi var. Amma Paşinyanın ağızdolusu sözünü deyənin həbs olunmamasından danışması da reallığa əsaslanmır. Çünki demək olar Ermənistanda öz fikrini ifadə edə bilən heç kim qalmayıb. Yəni statistikalar onu göstərir ki, sadəcə 2019 cu ildə 17. 000 erməni Rusiya vətəndaşlığı alıb.
Ermənistanın Dövlət Migrasiya İdarəsinin yaydığı məlumata görə isə, 2011-2016 cı illərdən ümumilikdə 79 min 428 nəfər erməni Rusiya vətəndaşlığına keçib.
O zaman Paşinyan Ermənistandan olduqca böyük sayda insanların Rusiyaya köç etməsi və Rusiya vətəndaşlığı almasını bildiyi halda, hansı demokratik əsaslardan danışır? Ümumiyyətlə statistikaya görə, Ermənistanda əhalinin böyük çoxluğunun qadınlar təşkil etdiyini nəzərə alsaq, ölkəni tərk edən və Rusiya vətəndaşlığını alanların böyük qisminin kişilər olduğunu da vurğulamaq gərəkir.

Deməli Paşinyan erməni qadınlarlamı müharibə təhdidləri yağdırır? Yoxsa mövcud reallıqları hesablayıb sağa-sola Azərbaycana silah satışının dayandırılması ilə bağlı müraciətlər edir?

Paşinyanı qorxudan məsələ nədir? Türkiyə Cumhuriyyətinin Cumhurbaşkanı Sayın Rəcəb Tayib Ərdoğanın “Dağlıq Qarabağıda terrordan təmizləyəcəyik” kimi mesajları, Erməninin canına necə deyərlər vəlvələ salıb. Erməni mətbuatı qeyd edir ki, Suriyadan sonra Türkiyənin hədəfi Ermənistandır. Buna əsas olaraq isə Türkiyənin Müdafiə Nazirliyinin 2001 ci ildə qərara aldığı “Altay” razılaşmasına əsasən, guya Türkiyənin Ermənistana hərbi hava hücumu əməliyyatını icra edəcəyi yer alır. Erməni mətbuatı qeyd edir ki, 2001 ci ildə bağlanan razılaşma bu gündə qüvvədədir.

Bu sazişin həyata keçirilməsindən ehtiyyat edən Ermənistan Rusiyanın Türkiyənin belə bir fikirdən daşındırmasına ümid edir. Sözü gedən sazişlə əlaqəli məlumatı isə, mənbələrə görə, Yunanıstan jurnalistləri əldə edib. Qeyd edək ki, Ermənistanın Türkiyə tərəfdən təhlükəsiziliyinin təmin olunması üçün 2020 ci ilin yanvar ayında Kipr, Yunanıstan və Ermənistan üçlü formatda görüşün keçirilməsinin tövhə verəcəyinə ümid edilir.

Xatırladaq ki, Ermənistan-Yunanıstan-Kipr üç tərəfli platformun son görüşü cari ilin 6 iyun tarixində baş tutmuşdu. Tərəflər arasında iqtisadi, siyasi, mədəni, təhsil sahəsində əməkdaşlıq edilməsi müzakirə edildiyi halda, əsas mövzulardan biri də, bölgədəki təhlükəsizlik məsələsinin gündəliyə əlavə edilməsi olmuşdur.

Ülker Musazade
VOİCEPRESS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here