Tədbirə Türkiyənin hər şəhər və bölgsində fərqli- fərqli sahələr üzrə çalışan Tatar əsilli insanlar təşrif buyurmuşdu. Məsələnin maraqlı tərəfi isə o idi ki, tədbir iştirakçıları bu işi könüllü və bunu cani-könüldən istəyərək, edirdi. Milli və mədəni ənənələrinin unudulmması üçün göstərdikləri xidmətdən isə, hər biri verdiyi sözün əsil mənasında zövq alırdı.
Tatarıstanın Rusiya Federasiyasına bağımlı Muxtar Dövlət olduğunu nəzərə alaraq, onlar dil və milli mədəniyyətlərinin unudulması təhlükəsi ilə üz üzədirlər. Bu üzdən Türk qolunu təmsil edən Tatar qardaşlarımızın milli və mədəni ənənələrinin tərənnüm edilməsində onlarla bərabər olduğumuzu ibat etmək məqsədi ilə, VOİCEPRESS kollektivi olaraq yanlarında olduq.
Tədbirdə VOİCEPRESS-in İstanbul nümayəndəliyinin rəhbəri, siyasi yazar Abdullah Türer Yener iştirak edib.
Qeyd edək ki, əməkdaşımız Abdullah Türer Yener də, Tatar əsillidir.
Ülkər Fərmanqızı
VOİCEPRESS