İvanişvili 140 milyon dollar İTİRDİ: “Heç vəhşi Rusiyada belə şey olmurdu”

0
313890


Gürcüstanın sabiq baş naziri, “Gürcü Arzusu” partiyasının yaradıcısı və milyarder Bidzina İvanişvilinin İsveçrənin “Credit Suisse” bankı ilə məhkəmə çəkişməsi davam edir.

VOICEPRESS xarici KİV-ə istinadən xəbər verir ki, iş adamı İsveçrənin “Credit Suisse” bankını fırıldaqçılıqda və bank aktivlərini düzgün idarə etməməkdə ittiham edib. Nəticədə, gürcü biznesmen 800 milyon dollar həcmində bank əmanətlərinin 140 milyon dollarını itirib.

Bankın meneceri Patris Leskodron 2018-ci ildə 144 milyon dolları mənimsədiyinə görə mühakimə olunsa da qərar İvanişvilini razı salmayıb. O, “Credit Suisse” bankının rəhbərliyinin bundan xəbərsiz ola bilməyəcəyini düşünür.

“Bir insanın bunu etməsi qeyri-mümkündür. Qərb bankında mənim belə aldanacağımı düşünmürdüm. 90-cı illlərdə vəhşi Rusiyada heç belə şey olmamışdı”-deyə biznesmen etiraz edib.

VOICEPRESS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here