İstanbulun Qartal bölgəsində altımərtəbəli binanın zirzəmisində yerləşən mebel sexində yanğın baş verib.
Hadisə yerinə çox sayda təcili tibbi yardım və yanğınsöndürmə xidməti əməkdaşları cəlb olunub.
Tüstüdən zəhərlənən 6 nəfər xəstəxanaya çatdırılsa da, onlardan 2-nin həyatını xilas etmək mümkün olmayıb. Xəstəxanaya çatdırılan şəxslərdən 2 nəfərin də vəziyyətinin ağır olduğu bildirilir.
VOICEPRESS