Hələlik rəsmən təsdiqlənməyən səfər xüsusilə sosial şəbəklərdə geniş müzakirələrə səbəb olub. Bu müzakirələrdə daha çox etiraz ifadə olunur.
Maraqlıdır, bu cür səfərlərin həyata keçirilməsi nə dərəcədə doğrudur? Bunun ölkəmiz üçün mənfi və yaxud müsbət nəticəsi nə ola bilər?
VOICEPRESS məsələ ilə bağlı Milli Məclis deputatlarının mövqeyini öyrənib.
Rasim Musabəyov jurnalistlərin səfərindən ötrü hay-küy qaldırmağı düzgün hesab etmir:
“Bu hal birinci dəfə deyil ki baş verir. Jurnalistlər müharibə baş verən yerlərə gedərək, oradan məlumat verirlər. Bu, onların peşə borcudur. Açığı, jurnalistlərin bu səfərlərindən düşünmürəm ki, kimsə zərər çəksin. Bizim Ermənistan haqqında məlumatımız olmalıdır. Ermənistan barədə xəbərləri təkcə rusdilli mətbuatı izləməklə almaq olmaz. Azərbaycanlı jurnalistlər gedib oradakı vəziyyəti öz gözləri ilə görməldirlər. Bu səfərlər diplomatiyanı əvəzləmir, sadəcə jurnalistin etməli olduğu işlərdən biridir. Bu hal birinci dəfə deyil, artıq 5-ci, 10-cu dəfədir ki jurnalistlər qarşılıqlı səfər edirlər. Bu məsələdən ötür sosial şəbəkələrdə hay-küy qaldırmaq yersizdir”.
Asim Mollazadə baş tutan səfərlərdən ciddi nəticə gözləmədiyini vurğulayıb:
“Mən bu səfərlərə normal baxıram. Dəfələrlə münaqişənin həlli lə bağlı belə və buna bənzər səfərlər olub. Məhz Rusiya təşəbbüs göstərərək, diqqəti problemin mahiyyətindən qarşılıqlı səfərlərə yönəldərək, guya, danışıqlarda inkişaf olduğunu götərmək istəyib. Bu səfərlərdən ciddi nəticə gözləmirəm. Sadəcə olaraq, hər iki tərəfin jurnalistləri digər ölkə haqqında daha məlumatlı olacaq, bu qədər”.
Araz Əlizadə isə hər iki ölkə jurnalsitlərinin səfəri barədə öz fikrini bir cümlə ifadə edib: “Xalq diplomatiyası deyilən şey oyundur”.
VOICEPRESS