Güclü yağış Batumidə fəsadlar törətdi

0
314636

Güclü yağış Gürcüstanın Acarıstan Muxtar Respublikasının paytaxtı Batumi şəhərində ciddi problemlər yaradıb.

VOICEPRESS.AZ “Report”a istinadən xəbər verir ki, axşam saatlarında başlayan aramsız yağış nəticəsində şəhərin bəzi mərkəzi küçə və yollarını su basıb.

Leysan avtomobillərin hərəkətində məhdudiyyətlər yaradıb. Fəsadların aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirilir.

Acarıstanda və Batumidə yağışın sabah da yağacağı proqnoz olunub.

VOICEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here