Almaniya şirkəti Türkiyədə avtomobil istehsal edəcək

0
313813

Almaniyanın nəhəng avtomobil şirkəti “Volkswagen”in direktoru Herbert Diess Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Görüşdə Manisada qurulması gözlənilən istehsal müəssisəsi ilə bağlı məsələlər müzakirə edilib.

VOICEPRESS.AZ APA-ya istinadən xəbər verir ki, son dərəcə əhəmiyyət daşıyan bu əməkdaşlıqla bağlı gələn həftə rəsmi və ətraflı məlumat veriləcəyi gözlənir.

Məlumata görə, Herbert Diessin “Volkswagen”in istehsal müəssisəsi yaratmaq üçün Türkiyə və Bolqarıstan ölkələri arasında seçim edəcəyi bildirilsə də, bəzi mənbələr şirkətin artıq Türkiyəyə yatırım edəcəyinə qərarlı olduğunu vurğulayıb.

Qeyd edək ki, Türkiyə 2018-ci ildə “Fiat”, “Renault”, “Ford”, “Hyundai” ve “Toyota” kimi şirkətlərlə əməkdaşlıq edərək, 1,3 milyondan çox yüksək keyfiyyətli mühərrikli nəqliyyat vasitələri istehsal edib.

VOICEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here