16 talibançı zərərsizləşdirildi

0
314137

16  talibançı  zərərsizləşdirildi

Əfqanıstanın xüsusi xidmət orqanları prezident seçkiləri günü radikal “Taliban” qruplaşmasının onlarla döyüşçüsünü zərərsizləşdirib, daha 18 “talibançı” saxlanılıb.

VOİCEPRESS “RİA Novosti”yə istinadən xəbər verir ki, Kabildə və onun ətrafında 16 əməliyyat keçirilib və seçkilərin keçirilməsini pozmağa çalışan 14 “talibançı” saxlanılıb. Xüsusi xidmət orqanlarının əməkdaşları ölkənin başqa əyalətlərində keçirilən əməliyyatların gedişatında 34 döyüşçünü zərərsizləşdiriblər, daha 4 “talibançı” saxlanılıb.

Ölkədə “talib”lərə qarşı ümumilikdə 29 əməliyyat keçirilib.

VOİCEPRESS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here