Floridada fövqəladə vəziyyət: Tramp xarici səfərini təxirə saldı

0
314056

ABŞ prezidenti Donald Tramp “Dorian” qasırğasının yaxınlaşması ilə əlaqədar Florida ştatı ərazisində fövqəladə vəziyyət elan olunması ilə bağlı sərəncam imzalayıb.

VOİCEPRESS
-in verdiyi xəbərə görə, TASS Ağ evin mətbuat xidmətinə istinadən xəbər verir ki, dövlət başçısı təbii fəlakətin zərərlərini azaltmaq üçün öncədən tədbirlərin görülməsi məqsədi ilə federal yardım ayrılması ilə bağlı göstəriş verib.

Qeyd edək ki, ABŞ sinoptikləri ölkənin şərq sahillərindən saatda 110 kilometr sürətlə hərəkət edən “Dorian” qasırğasının məhz hansı ştatlarda qeydə alınacağını tam dəqiqləşdirə bilmirlər. Meteoroloqların fikrincə, Baham adaları və Floridanı daha çox təhlükə gözləyir.

Gözlənilən qasırğa səbəbindən Tramp Polşaya səfərini təxirə salıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here