Vergi ödəyiciləri 2018-ci ilin 4-cü rüb hesabatını necə verəcək?

0
314388

1 yanvar 2019-cu ildən etibarən vergi ödəyiciləri yalnız Vergilər Nazirliyinə hesabat verəcəklər. Əvvəllər sahibkarlar hər hansı xidmət və ya digər səbəblə gəlir əldə edən zaman ilin 4 rübü ərzində həm DSMF, həm də Vergilər Nazirliyinə hesabat verirdi. Vergilər Nazirliyindən abonentlətin mobil telefonuna daxil olan mesaja görə, 2018-ci ilin 4-cü rübü üzrə məcburi dövlət sosial sığorta ayırmaları və işsizlikdən sığorta hesabatları yalnız Vergilər Nazirliyinə veriləcək.

VOİCEPRESS.AZ-ın verdiyi məlumata görə, “Vergi Məcəlləsi və “Sosial Sığorta haqqında” Azərbaycan Respublikası Qanuna edilən dəyişikliklərə əsasən, 2018-ci ilin 4-cü rüb hesabatları və 2019-ci ildən başlayaraq rüblər üzrə sosial sığorta haqqı və işsizlikdən sığorta hesabatları vergi orqanlarına təqdim olunacaq:

“Hesabatların qəbulu ilə yanaşı yığım funksiyası da Vergilər Nazirliyinə verilib. Yeni qanuna görə, Dövlət Sosial Müdafiə Fondunun gəlirləri də Vergilər Nazirliyi tərəfindən təmin olunacaq. Bununla bağlı təşkilat işlər, o cümlədən sığortaedənlər üzrə şəxsi vərəqənin yaradılması işləri başa çatdırılır”.

Rəsmi məlumata görə, fərdi uçot bağlı fəaliyyətlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçiriləcək.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here