Uşaqların ən böyüyünün 12, ən kiçiyinin 8 yaşı olduğu bildirilir. Oğurluqda ittiham edilən uşaqlar təqsirlərini boyunlarına almalarına görə, ağır fiziki təzyiqlərə məruz qalmış, 3 gün azadlıqdan məhrum edilmə şəraitində saxlanılmışdır.
Polislər tərəfindən Psixoloji və fiziki xəsarətlərə məruz qalmış az yaşlı uşaqlar hazırda ağır vəziyyətdədirlər. Uşaqların valideynləri və yaxınları bununla bağlı məlumatın duyurmaması üçün təzyiqlərlə üzləşir.
12: 09
Əldə edilən daha bir qaynar məlumata görə, xəsarət alan uşaqlardan biri xroniki xəstə olduğu üçün ev təhsili aldığı bildirilir. Yəni normal sağlam uşaqlar kimi məktəbə getmə imkanından belə məhrumdur. Uşaqlardan ikisinin qorxudan dili tutulduğu belə bildirilir.
Faktla bağlı araşdırma aparılır. Uşaqların fotoşəkilləri ilə bərabər ən qaynar xəbərləri diqqətinizə çatdıracağıq.
VOİCEPRESS.AZ-ı izləyin…