Qətər ABŞ-a sərmayə yatırımını 45 milyard dollara çatdıracaq

0
313771

Qətər İnvestisiya Fondu (Qatar Investment Authority, QIA) Avropa aktiv portfelini yenidən balanslaşdırdıqdan sonra yaxın iki ildə ABŞ-a sərmayə yatırımını 45 milyard dollara qədər artırmaq niyyətindədir.

VOİCEPRESS.AZ TASS-a istinadən xəbər verir ki, bunu bazar günü Fondun icraçı direktoru Mənsur İbrahim əl-Mahmud deyib.

Onun sözlərinə görə, QIA hazırda ABŞ-a təqribən 30 mlrd. dollar investisiya yatırıb.

“Söhbət ABŞ bazarı üçün 45 milyard dollardan gedir biz bunu növbəti iki ildə reallaşdırmaq istiqamətindəyik”, – deyə “Reuters” onun sözlərini sitat gətirib.

Agentlik qeyd edir ki, Əl-Mahmuda qədər Fondun rəhbəri vəzifəsini tutan Abdulla bin Məhəmməd bin Səud əl-Tani 2015-ci ildə 5 il ərzində ABŞ-a 45 mlrd. dollar sərmayə yatırmaq niyyətində olduqlarını bildirmişdi.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here