Misirdə fövqəladə vəziyyət rejimi ardıcıl altıncı dəfə uzadılıb

0
313942

Misirin Nümayəndələr Palatası (parlament) bazar günü ardıcıl 6-cı dəfə prezident Əbdül Fəttah Əs-Sisinin ölkədə fövqəladə vəziyyət rejiminin fəaliyyətinin daha 3 ay müddətinə uzadılması barədə fərmanını təsdiq edib.

VOİCEPRESS.AZ TASS-a istinadən xəbər verir ki, bu barədə “Al Youm As Sabi” portalı məlumat yayıb.

Misirdə fövqəladə vəziyyət 2017-ci ilin aprelində kamikadzelər tərəfindən ölkənin Tanta və İskəndəriyyə şəhərlərində yerləşən iki kilsədə törədilən terror aktlarından sonra tətbiq edilib. Həmin zaman 45 nəfər həyatını itirmiş, 120-dən çox insan isə yaralanmışdı. Hücumlara görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürmüşdü.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here