Dünya Bankı prezidenti istefaya gedir

0
313918

Dünya Bankı (DB) qrupunun prezidenti Cim Yon Kim fevralın 1-dən istefaya gedir. VOİCEPRESS.AZ “RİA Novosti”yə istinadən xəbər verir ki, həmin tarixdən bankın rəhbəri vəzifələrini icraçı direktor Kristalina Georgiyeva icra edəcək.

Bankın yaydığı press-relizində bildirilir ki, Cim Yon Kim öz vəzifəsini səlahiyyətlərinin 2022-ci ildə bitməsinə xeyli qalmış tərk edir.

O, 6 ildən artıqdır bankın rəhbəri vəzifəsində çalışır. İstefanın rəsmi səbəbi bankirin iqtisadiyyatın özəl sektoruna qayıtmaq istəyi ilə bağlıdır.

Cim Yon Kimin dəqiq harada işləyəcəyi açıqlanmır: “Kim bildirib ki, istefadan dərhal sonra (özəl) firmaya qoşulacaq və inkişaf etməkdə olan ölkələrdə investisiya infrastrukturunun yüksəldilməsi üzərində işləyəcək”.

O, DB-nin rəhbəri vəzifəsinə 1 iyul 2012-ci il tarixində başlayıb. 2016-cı ildə səlahiyyət müddəti başa çatsa da, təşkilatın Direktorlar Şurası onu yenidən qrupun prezidenti seçib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here